Bəhlul Mustafazadənin zədəsinin ciddiliyi bəlli oldu
Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” – “Nyukasl” matçında 22-ci dəqiqədə zədələnərək əvəzlənən Bəhlul Mustafazadənin vəziyyəti açıqlanıb.
90plus.az xəbər verir ki, tibbi müayinələr nəticəsində 28 yaşlı mərkəz müdafiəçisinin sol bud adduktor əzələlərində və qasıq nahiyəsində zədənin olduğu müəyyən edilib.
Hazırda tibbi heyət cərrahi müdaxilənin zəruriliyini qiymətləndirir. Futbolçunun məşqlərə qayıdış vaxtı bərpa prosesinə uyğun fərdi olaraq təyin ediləcək.
İlkin tibbi rəyə əsasən, reabilitasiya müddətinin təxminən 10-12 həftə davam edəcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved