Bilbao klubu 11 ildən sonra Çempionlar Liqasında

İspaniyanın "Atletik" komandası 11 ildən sonra ilk dəfə UEFA Çempionlar Liqasında iştirak edəcək.
90plus.az xəbər verir ki, bu, La Liqanın 36-cı turunda "Xetafe"yə qarşı keçirilən oyundan sonra məlum olub. Həmin qarşılaşmada "Atletik" 2:0 hesabı ilə qələbə qazanıb.
Bilbao klubu mövsümün sonuna 2 tur qalmış xallarını 67-yə çatdıraraq turnir cədvəlində 4-cü yerə yüksəlib.
Mövcud qaydalara əsasən, La Liqada ilk 5 pillədə qərarlaşan komandalar növbəti mövsüm birbaşa Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanır.
Hazırda "Atletik" 6-cı sırada olan "Betis"i 8 xal qabaqlayır ki, bu da onların artıq ÇL-ə vəsiqəni təmin etdiyini göstərir.
© Copyright 2025, All Rights Reserved