Azərbaycan - Fransa: Debüt edənlər olacaq
Bu gün Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa yığması ilə qarşılaşacaq.
90plus.az xəbər verir ki, fransızların heyətində bu matç bəzi futbolçular üçün debüt ola bilər.
Belə ki, dünya çempionatına vəsiqəni təmin edən Fransa komandası aparıcı oyunçularına istirahət verməyi planlaşdırır. Baş məşqçi Didye Deşam isə qapı xəttində PSJ-nin qolkiper Luka Şevalyeyə şans vermək niyyətindədir ki, bu da onun millidə ilk oyunu olacaq.
Matç Tofiq Bəhramov adına stadionda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
© Copyright 2025, All Rights Reserved