Deko: “Gələn mövsüm sərt olacaq”

Deko: “La Liqada rəqabət vacibdir, ‘Real’ və ‘Atletiko’nun güclü olması bizi də motivasiya edir”.
90plus.az xəbər verir ki, “Barselona”nın idman direktoru Deko gələn mövsüm La Liqada onları ciddi rəqabətin gözlədiyini bildirib. Klub rəsmisi verdiyi açıqlamada əsas rəqiblərin, xüsusən “Real Madrid”in gücləndiyini vurğulayıb:
“Gələn mövsüm asan olmayacaq, çünki ‘Real Madrid’də top-futbolçuların sayı çoxdur. Fikrimcə, bu, böyük klubdur. Onların xeyli fantastik oyunçuları var. Əlbəttə, ‘Los Blancos’ titullar qazanmaq istəyir,” – deyə Deko bildirib.
Portuqaliyalı funksioner La Liqadakı ümumi rəqabətin səviyyəsinin yüksək olmasının önəmindən də danışıb:
“‘Barselona’ üçün ‘Real Madrid’ və ‘Atletiko Madrid’in güclü olması önəmlidir. Biz də güclü olmalıyıq. La Liqa’dakı top-futbolçuları qorumaq lazımdır,” – deyə Deko əlavə edib.
📰: BBC
Qeyd: “Real Madrid” bu yay heyətini gücləndirmək üçün artıq bir neçə yüksək səviyyəli transfer həyata keçirib və bu, La Liqada rəqabəti daha da artıracaq.
© Copyright 2025, All Rights Reserved