“Elçe” La Liqada!

"Elçe" iki ildən sonra La Liqaya qayıtdı.
90plus.az xəbər verir ki, İspaniya "Hipermoşn" Liqasının 2024/25 mövsümündə əsas mübarizələr başa çatdı. Mövsümün son turunda "Elçe" möhtəşəm performansla La Liqaya birbaşa yüksələn ikinci komanda oldu.
"Deportivo" üzərində 4:0 hesablı inamlı qələbə qazanan “yaşıl zolaqlılar”, 42 oyundan sonra 77 xalla ikinci pillədə qərarlaşaraq elitaya vəsiqə qazandılar. Bu nəticə "Elçe"nin 2 illik fasilədən sonra yenidən La Liqada mübarizə aparmaq hüququnu təmin etdi.
Mövsümün lideri isə "Levante" oldu. Onlar 79 xalla mövsümü zirvədə tamamlayaraq birinci olaraq La Liqaya yüksəldilər.
"Hipermoşn" Liqası, 2024/25 – TOP 6:
Pley-off mərhələsi cütlükləri:
Bu komandalar arasında qalib gələn klub növbəti mövsümdə La Liqaya vəsiqə qazanacaq üçüncü komanda olacaq. Həyəcan dolu pley-off qarşılaşmaları futbolsevərləri gözləyir.
© Copyright 2025, All Rights Reserved