Elvin Bədəlov: "Nəticə qazana biləcəyimizə inanırıq"
Azərbaycan milli komandasının müdafiəçisi Elvin Bədəlov DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.
90plus.az xəbər verir ki, “Neftçi”də çıxış edən 30 yaşlı futbolçu öz fikirlərini belə bölüşüb:
- Bildiyiniz kimi, sonuncu ev oyunumuzdur. Bilirik ki, Fransa millisi güclü rəqibdir. Amma oyuna hazırıq. İnanıram ki, sabah azarkeşlərimizin dəstəyi ilə yaxşı oyun göstərəcəyik. Nəticə qazana biləcəyimizə də inanırıq.
Mbappenin olmaması...
- İnanmıram ki, maraq azalır. Bildiyim qədərilə stadion dolu olacaq. Azarkeşlərimiz sağ olsun. Mbappe gəlməsə də, Fransa millisinin ulduzları çoxdur. Komanda olaraq onlara qarşı hazırlaşırıq. Məncə, Mbappesiz daha çətin olacaq. Çünki onlar komanda olaraq daha ciddi olacaqlar. Biz sırf ona köklənmirik, Fransanı fikirləşirik. İnanıram ki, sabah yaxşı mübarizə apara bilərik.
© Copyright 2025, All Rights Reserved