"Feyenord" "Qarabağ"a yazılan futbolçunu aldı
“Çelsi”dən ayrılan Rahim Sterlinq “Feyenord”la müqavilə imzaladı.
90plus.az xəbər verir ki, son günlərdə İngiltərə Premyer Liqa komandası “Çelsi”dən ayrılan Rahim Sterlinq Hollandiya klubu “Feyenord”la müqavilə bağlayıb.
31 yaşlı kanat oyunçusu İngiltərə milli komandasında 82 dəfə forma geyib və yanvar ayında “Çelsi” ilə olan 18 aylıq müqaviləsini ləğv edərək sərbəst oyunçu statusunda “Feyenord”a keçib. O, yeni komandası ilə mövsümün sonuna qədər qüvvədə olan müqavilə imzalayıb.
Yeni klubu ilə müqavilə imzaladıqdan sonra Rahim Sterlinq bildirib:
"Sərbəst oyunçu kimi uzun müddətdir ilk dəfə karyeramda növbəti addımı özüm idarə etmək fürsətim oldu. Klublarla və baş məşqçilərlə görüşmək mənə rolumu daha yaxşı anlamağa və bu yeni dövrdə komandaya real dəyər qata biləcəyimə əmin olmağa imkan verdi."
Hollandiya klubu “Feyenord” isə bu transferi rəsmi sosial media hesabları vasitəsilə açıqlayıb.
Qeyd: Rahim Sterlinqin 1 ay bundan əvvəl "Qarabağ"ın transfer siyahısında olduğu yazılırdı.
© Copyright 2026, All Rights Reserved