"Fənərbağça" Assensionu komandada saxlayır
"Fənərbağça" klubu "Vilyarreal"ın maraq dairəsində olan Marko Asensio ilə bağlı yekun qərarını verib.
90plus.az xəbər verir ki, Super Liqa təmsilçisi ispaniyalı futbolçunu satışa çıxarmaq niyyətində deyil. Bu barədə "Sözcü" nəşri xəbər yayıb.
Klub rəhbərliyi Asensionun müqavilə müddətini artırmağı düşünür. 30 yaşlı hücumameyilli yarımmüdafiəçiyə kapitanlıq sarğısının verilməsi ehtimalı da nəzərdən keçirilir.
Xatırlatma: "Fənərbağça" Marko Asensionu mövsümün əvvəlində Paris Saint-Germain klubundan 7,5 milyon avro qarşılığında heyətinə qatıb. İspaniya millisinin üzvü İstanbul təmsilçisinin forması ilə 29 rəsmi oyunda iştirak edərək 12 qol vurub və 9 assistlə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved