"Fənərbağça" hücumçusunu ərəblərə satdı
“Əl-İttihad” klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi “Fənərbağça”dan Yussef En-Nesirini heyətinə qatıb. Transferlə bağlı məlumat klubun rəsmi saytı vasitəsilə açıqlanıb.
Mərakeşli hücumçu üçün Türkiyə klubuna 15 milyon avro ödənilib. 28 yaşlı futbolçu ilə bağlanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Xatırlatma: “Fənərbağça” En-Nesirini 2024-cü ilin yayında “Sevilya”dan 19,5 milyon avroya transfer etmişdi. Mərakeş millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində 27 rəsmi oyunda 8 qol vurub və 1 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved