Fransa idmanı: TOP 10-luq
“L’Équipe” 2025-ci ilin Fransada ən yaxşı idmançılarını açıqladı!
90plus.az xəbər verir ki, Fransanın nüfuzlu idman nəşri “L’Équipe” 2025-ci il üzrə ölkənin ən yaxşı idmançılarından ibarət reytinq siyahısını dərc edib. Səsvermə nəticələrinə əsasən tərtib olunan cədvəldə müxtəlif idman növlərini təmsil edən 10 idmançı yer alıb.
Reytinqin lideri futbolçu olub. “Qızıl top”un qalibi, Fransa millisinin və PSJ-nin üzvü Usman Dembele 803 xal toplayaraq siyahının birinci pilləsində qərarlaşıb. İkinci yeri üzgüçü Leon Marşand tutub. O, 661 xalla ilin ən yaxşı idmançıları sırasında Dembeledən sonra ən yüksək nəticə göstərib.
Üçüncü sırada yelkənçi Çarli Dalin yer alıb. Atletika üzrə Cimmi Gresyer dördüncü, üzgüçü Maksim Qrosset isə beşinci olub. Siyahıda həmçinin reqbi, ralli, futbol və cüdo üzrə idmançılar da yer alıblar.
Fransada 2025-ci ilin ən yaxşı idmançıları:
1. Usman Dembele (futbol) – 803 xal
2. Leon Marşand (üzgüçülük) – 661 xal
3. Çarli Dalin (yelkən) – 380 xal
4. Cimmi Gresyer (atletika) – 369 xal
5. Maksim Qrosset (üzgüçülük) – 232 xal
6. Luis Bel-Berri (reqbi) – 215 xal
7. Tomas Ramos (reqbi) – 83 xal
8. Sebasten Ojie (ralli) – 82 xal
9. Dezire Due (futbol) – 71 xal
10. Joan-Benjamin Qaba (cüdo) – 68 xal
🔎Qeyd: Siyahı idmançıların il ərzində əldə etdikləri nəticələr və göstərdikləri ümumi performans əsasında formalaşdırılıb.
© Copyright 2026, All Rights Reserved