Fransa Liqa 1 klubunda baş məşqçi ayrılığı
“Marsel”də Roberto De Zerbi ilə yollar ayrıldı – 5:0-lıq məğlubiyyətdən sonra qərar verildi.
90plus.az xəbər verir ki, Fransa Liqa 1-də ötən bazar günü PSJ-ə 5:0 hesabı ilə məğlub olan “Marsel” klubunda baş məşqçi Roberto De Zerbi ilə yollar ayrılıb. Klub rəhbərliyi italiyalı mütəxəssislə müqavilənin qarşılıqlı razılıq əsasında ləğv edildiyini açıqlayıb.
Fransız klubunun yaydığı rəsmi bəyanatda bildirilib ki, qərar klub sahibi, prezident, idman direktoru və baş məşqçinin iştirakı ilə keçirilən iclasdan sonra qəbul olunub. Açıqlamada vurğulanıb: “Mövsümün son hissəsində yaranmış idman çətinliklərini aradan qaldırmaq üçün klubun maraqları naminə diqqətli qiymətləndirmədən sonra bu çətin və kollektiv qərar qəbul edildi.”
46 yaşlı mütəxəssis 2024-cü ilin iyul ayında “Marsel”in baş məşqçisi təyin olunmuşdu. O, komandanın başında ümumilikdə 69 oyuna çıxıb və bu matçlarda 39 qələbə, 8 heç-heçə və 22 məğlubiyyətlə yadda qalıb.
Son ağır məğlubiyyət və komanda daxilində yaşanan gərginliklər fonunda rəhbərlik dəyişiklik qərarı verərək De Zerbi ilə əməkdaşlığa son qoyub.
© Copyright 2026, All Rights Reserved