Fransa Mbappeni Bakıya gətirməyəcək
DÇ-2026-nın seçmə mərhələsinin son turunda Azərbaycan millisinin qonağı olacaq Fransa yığması Bakıya heyət itkisi ilə gələcək.
90plus.az xəbər verir ki, komandanın kapitanı Kilian Mbappenin paytaxtımıza səfər etməyəcəyi artıq təsdiqlənib.
Belə ki, o, milli komandanın düşərgəsini tərk edib. Futbolçu sağ topuğunda yaranan ağrılar səbəbindən Madridə qayıdaraq müalicəyə başlayıb.
Xatırlatma: Noyabrın 16-da Tofiq Bəhramov stadionunda keçiriləcək matç saat 21:00-da start götürəcək.
© Copyright 2025, All Rights Reserved