Globe Soccer Awards: Namizədlər açıqlandı
“Globe Soccer Awards”da 2025-ci ilin ən yaxşı futbolçusu üçün namizədlər açıqlanıb.
90plus.az xəbər verir ki, “Globe Soccer Awards” tərəfindən təqdim olunan “İlin Futbolçusu” mükafatının 2025-ci il üzrə namizədlər siyahısı elan edilib.
Ötən il bu ada “Real Madrid”in ulduzu Vinisius Junior layiq görülmüşdü. Bu dəfə isə siyahı daha geniş və rəqabətli görünür.
Qeyd: Mükafatı 6 dəfə qazanan Kriştianu Ronaldu bu il namizədlər arasında yer almır. Radamel Falkao, Frank Riberi, Lionel Messi, Robert Levandovski, Kilian Mbappe, Kərim Benzema və Erlinq Haaland isə karyeraları ərzində bu mükafatı hərəyə bir dəfə qazanıblar.
ℹ️ 2025-ci ilin qalibi mərasim zamanı açıqlanacaq. Mükafatlandırma xüsusi komitənin qiymətləndirməsi və azarkeş səsverməsinin nəticələri əsasında müəyyənləşdiriləcək.
© Copyright 2025, All Rights Reserved