Hansi Flik: “Yamal dahidir”

Hansi Flik: “Lamin Yamal dahidir və onun gələcəyi parlaqdır”.
90plus.az xəbər verir ki, İspaniya millisinin baş məşqçisi Hansi Flik gənc futbolçu Lamin Yamal haqqında yüksək fikirlər səsləndirib. Alman mütəxəssis “Sport” nəşrinə verdiyi açıqlamada Yamalın gələcəkdə böyük uğurlar qazanacağına inandığını bildirib.
“Tez-tez bunu təkrarlayıram: Yamal dahidir. Və cəmi 17 yaşı var,” – deyə Flik vurğulayıb.
Təcrübəli məşqçi həmçinin gənc futbolçunun uzunmüddətli uğur üçün yalnız texniki bacarığa deyil, eyni zamanda düzgün yanaşmaya ehtiyacı olduğunu bildirib:
“Ona dəstək olmalıyıq. Hələlik hər şey qaydasındadır, amma Lamin yaxın 15 ildə yüksək səviyyədə qalmaq istəyirsə, təkcə yaxşı məşq etməli deyil, həm də mental baxımdan bu yola hazır olmalıdır.”
Flik Yamalın intellektinə və futbol fəlsəfəsinə də toxunub:
“Yamal çox ağıllı oğlandır. Futbolda təkcə həzz almaq azdır, həmçinin çox işləmək lazımdır. Lamin kimi böyük istedada sahib oyunçular bunu anlamağa borcludurlar.”
Baş məşqçi “Barselona”da Yamalın örnək götürə biləcəyi oyunçuların olduğunu da xatırladıb:
“Onun ‘Barsa’da nümunə götürə biləcəyi futbolçular çoxdur. Məsələn, Yamala çox inanan Rafinya.”
© Copyright 2025, All Rights Reserved