Höysenin “Real”dakı nömrəsi bilinib

"Real Madrid" İngiltərənin "Bornmut" klubundan 20 yaşlı müdafiəçi Din Hüysenlə beşillik müqavilə imzalayanfan sonra onun geyinəcəyi forma nömrəsi bəlli olub.
90plus.az xəbər verir ki, "Real Madrid"də Höysenə 24 nömrəli forma verilib. Bu nömrə əvvəllər Klod Makelele və Naço Fernandeş kimi oyunçular tərəfindən geyinilib. Lakin klub daxilində bu nömrənin dəyişə biləcəyi ehtimalı da var; əgər hazırkı 4 nömrəli David Alaba komandadan ayrılsa, Höysen sevimli nömrəsinə keçə bilər.
Transferin məbləği 58 milyon avro təşkil edir və bu onu klub tarixində ən bahalı müdafiəçi edir.
Höysen Amsterdamda doğulub, lakin 5 yaşında ailəsi ilə birlikdə İspaniyanın Marbella şəhərinə köçüb. O, karyerasına "Malaqa"nın akademiyasında başlayıb, daha sonra "Yuventus"un gənclər komandasında çıxış edib. 2024-cü ilin yayında "Bornmut"a transfer olunub və burada Premyer Liqada 32 oyunda 3 qol vurub.
Höysen "Real Madrid"ə keçidi ilə bağlı mətbuat konfransında bildirib: "Bu, mənim həyatımın ən xoşbəxt günüdür. Uşaqlıqdan bəri bu klubun azarkeşi olmuşam və indi burada olmaq inanılmazdır."
Yeni baş məşqçi Xabi Alonsonun rəhbərliyi altında "Real Madrid" yay transfer pəncərəsində müdafiə xəttini gücləndirməyə davam edir. Höysen klubun bu istiqamətdə ilk böyük transferidir və onun Klublararası Dünya Kuboku üçün komandaya dərhal qoşulması planlaşdırılır.
Höysen həmçinin İspaniya milli komandasında da çıxış edir və bu ilin mart ayında Niderlandla oyunda debüt edib.
© Copyright 2025, All Rights Reserved