"İnter" Premyer Liqadan italyan qapıçı alır
"Tottenhem"in qapıçısı Qulyelmo Vikario İtaliya A Seriyasına dönə bilər.
90plus.az xəbər verir ki, "İnter" italiyalı qapıçını heyətinə qatmaq istəyir. Bu barədə insayder Nikolo Skira məlumat verib.
Milan klubu Vikarionu Yann Zommerin əvəzləyicisi kimi nəzərdən keçirir. 29 yaşlı qapıçı özü də "İnter"ə keçidə müsbət yanaşır.
Qeyd: "Tottenhem" Qulyelmo Vikarionu 2023-cü ilin yayında "Empoli"dən 18 milyon avroya transfer edib. İtaliya millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində 34 rəsmi oyunda iştirak edib.
© Copyright 2026, All Rights Reserved