Kanada rəqibini dronlarla izlədi

Kanada Futbol Assosiasiyasının baş direktoru Kevin Blu etiraf edib ki, ölkə millisi digər komandaları izləmək üçün dronlardan istifadə edib.
90plus.az xəbər verir ki, K.Blu açıqlamasında bu hadisənin yolverilməz olduğunu qeyd edib:
"Mən bu məsələ ilə bağlı nə qədər çox məlumat əldə edirəmsə, bu cür hadisələrin sistemli xarakterindən bir o qədər çox narahat oluram. Bu, tamamilə yolverilməzdir. Mən Amerika Kuboku zamanı dronlardan istifadə etmək cəhdindən xəbərdaram", - deyə o bildirib.
Qeyd: 2024-cü il Amerika Kubokunda Kanada seçməsi Argentinaya 0-2 hesabı ilə yarımfinalda uduzub. Onların bu mərhələyədək gəlib çatması böyük uğur kimi qiymətləndirilib.
Mənbə: championat.com
© Copyright 2025, All Rights Reserved