Kevin Qarnett LeBron Ceymsi hədəfə aldı: “Səs verməyin”
NBA-də All-Star tədbiri üçün səsvermə həftəsi start götürüb. Dünyanın dörd bir yanından azarkeşlər sevdikləri basketbolçulara səs verərkən, NBA-nin əfsanəvi adlarından Kevin Qarnett bu proseslə bağlı diqqətçəkən açıqlama verib.
90plus.az xəbər verir ki, bir podkast proqramında çıxış edən Kevin Qarnett LeBron Ceymsin All-Star oyununa münasibətini tənqid edib. Qarnettin sözlərinə görə, ulduz basketbolçu bu tədbirə kifayət qədər önəm vermir və buna görə də azarkeşlər səs verərkən bunu nəzərə almalıdır.
“Səsinizi saxlayın” çağırışı edən Qarnett bildirib:
“LeBron keçən il All-Star-a seçildi, amma oyunda iştirak etmədi. Bu il də All-Star-da yoxdur. Elə isə biz nə üçün ona səs veririk? LeBron All-Star matçında oynamaq istəmir. Ona görə də deyirəm: səsinizi saxlayın. Keçən il oynamadısa, bu il niyə oynasın?”
Qeyd: Karyerasında 23-cü mövsümünü keçirən LeBron Ceyms bu mövsüm indiyədək keçirdiyi 11 oyunda orta hesabla 20,2 xal, 5,6 ribaund və 7,1 assistlə çıxış edib
© Copyright 2026, All Rights Reserved