Kərim Benzema Dembeleni müdafiə etdi
“Əl-İttihad”ın hücumçusu Karim Benzema “Qızıl top” laureatı və PSJ-nin hücumçusu Usman Dembeleni tərifləyib.
90plus.az xəbər verir ki, Benzema fransalı futbolçunun ağır dövrləri arxada qoyduğunu və “Paris”də göstərdiyi həlledici çıxışlarla özünü yenidən isbat etdiyini deyib:
“O, çox çətin anların öhdəsindən gəlib. Yaxşı insandır və üstəlik bir fenomen: böyük oyunçudur.
PSJ-də etdikləri: bu, inanılmazdır. Çoxlu qolları sayəsində Ballon d'Or-u qazandı və bu qolları həlledici anlarda vurdu. O, buna tamamilə layiq idi”.
© Copyright 2025, All Rights Reserved