Kurtua Fransada klub alır
“Real Madrid”in qapıçısı Tibo Kurtua Fransanın ikinci liqa təmsilçisi “Le Mans” klubunun müyyən hissəsinə sahib çıxıb. Klub tərəfindən təsdiqlənən məlumatlara görə, Kurtua braziliyalı konsorsium “Outfield” liderliyindəki investor qrupuna qoşulub.
90plus.az xəbər verir ki, sərmayəçi qrupunda Novak Cokovic, Felipe Massa və Kevin Magnussen kimi tanınmış idmançılar da yer alır. Belçikalı qapıçı bu investisiyanı özünə məxsus investisiya şirkəti Nxt Play vasitəsilə edib.
Hal-hazırda “Le Mans” Ligue 2 cədvəlində beşinci pillədədir və lider “Troyes”dən cəmi 3 xal geridədir.
Bu addım Kurtuanın karyerasını yalnız futbolla məhdudlaşdırmayaraq, idman və biznes sahələrində də fəaliyyətini genişləndirdiyini göstərir.
© Copyright 2026, All Rights Reserved