La Liqa: Azarkeşlər avrokubok sevinci ilə meydana axışdılar

"Rayo Valyekano" fanatları komandanın 25 ildən sonra avrokuboklara vəsiqə qazanmasını meydançaya axışaraq qeyd ediblər.
90plus.az xəbər verir ki, Madrid təmsilçisi La Liqada 8-ci yeri tutaraq növbəti mövsümdə Konfrans Liqasında oynamaq imkanını əldə edib.
VİDEO: https://t.me/doxsanplus/103267
Vallekas komandası La Liqanın finalında evdə “Osasuna” ilə qolsuz heç-heçə etdikdən sonra komandanın azarkeşləri meydançaya doluşaraq bu tarixi gecəni ürəkdən qeyd ediblər.
Klub tarixində ikinci dəfə avrokuboklarda iştirak edəcək. Onlar 1-ci dəfə 24 il əvvəl UEFA kubokunun 1/4 finalına yüksəlmişdilər.
© Copyright 2025, All Rights Reserved