La Liqada mövsümün qolu seçildi

Luka Suçiçin “Atletiko”ya vurduğu qol La Liqada mövsümün ən yaxşısı seçildi.
90plus.az xəbər verir ki, 2024/25 mövsümündə İspaniya La Liqasının ən yaxşı qolu azarkeşlərin və ekspertlərin birgə səsverməsi nəticəsində müəyyənləşib. “Real Sosyedad”ın futbolçusu Luka Suçiçin “Atletiko Madrid”ə vurduğu möhtəşəm qol mövsümün ən yadda qalan və estetik qolu elan olunub.
Qol mövsümün ikinci yarısında — San-Sebastyanda baş tutan qarşılaşmada vurulmuşdu. Suçiç cərimə meydançası yaxınlığında topu qəbul edərək, texniki zərbə ilə topu qapıdan keçirmiş və tribunaları ayağa qaldırmışdı. Bu qol təkcə matçın deyil, bütöv mövsümün simvollarından birinə çevrilmişdi.
QOLUN VİDEOSU: https://t.me/doxsanplus/103666
İspaniya mediası Suçiçin bu qolunu “futbol sənəti”, “ayrı bir səviyyə” kimi qiymətləndirib.
Qeyd: 21 yaşlı xorvatiyalı yarımmüdafiəçi bu mövsüm “Real Sosyedad”a "Zalzburq" klubundan transfer olunub və La Liqaya sürətli uyğunlaşması ilə seçilib.
© Copyright 2025, All Rights Reserved