La Liqanı tərk edən 3-cü komanda bəlli oldu

"Leqanes" yenidən "Segunda" diviziona qayıdır.
90plus.az xəbər verir ki, Borxa Ximenezin rəhbərlik etdiyi kollektiv La Liqanın son turunda “Valyadolid” üzərində 3:0 hesabı ilə qalib gəlsə də, bu nəticə elitada qalmaq üçün kifayət etmədi.
Eyni vaxtda keçirilən qarşılaşmada “Espanyol” “Las-Palmas”ı 2:0 məğlub edərək “Leqanes”in yüksək liqada qalmaq ümidlərinə son qoydu.
Qeyd: “Leqanes” ötən mövsüm Segundada dörd illik fasilədən sonra La Liqaya vəsiqə qazanmışdı. Komanda cari mövsümü 40 xalla 18-ci yerdə başa vurdu və bir daha aşağı liqaya yuvarlandı.
Bundan əvvəl "Las-Palmas" və "Valyadolid"in də La Liqanı tərk edəcəyi artıq müəyyən olunmuşdu.
© Copyright 2025, All Rights Reserved