Lamin Yamal günə 110 min avro qazanır

"Barselona" klubunun 17 yaşlı ulduzu Lamin Yamal klubla 2031-ci ilə qədər yeni müqavilə imzalayıb və bununla o, klubun ən yüksək maaş alan futbolçularından birinə çevrilib.
90plus.az xəbər verir ki, Yamalın yeni müqaviləsinin detalları belədir:
- Əsas illik maaş: 30 milyon avro
- Performansa bağlı bonuslar: 10 milyon avroya qədər
- İllik ümumi gəlir: 40 milyon avro
- Azadlığa buraxılma klauzası: 1 milyard avro
Bu müqavilə ilə Yamal Robert Levandovski və Frenki de Yonqdan sonra klubun ən çox maaş alan futbolçusu olub. Gələcəkdə isə onların maaşlarının azalması ilə Yamalın ən yüksək maaş alan futbolçu olması gözlənilir.
Gündəlik qazanc təxmini:
- Aylıq: 3,3 milyon avro
- Həftəlik: 770 min avro
- Gündəlik: 110 min avro
- Saatda: 4 583 avro
- Dəqiqədə: 76 avro
- Saniyədə: 1,26 avro
Yamalın bu yeni müqaviləsi onun "Barselona"fakı gələcəyini təmin etməklə yanaşı, klubun maliyyə strukturu və gənc istedadların qorunması baxımından da əhəmiyyətlidir.
📰: The Athletic FC; Diario AS
© Copyright 2025, All Rights Reserved