Lamin Yamal iddialı danışıb

Lamin Yamal: “Gələn mövsüm rəqiblərimizlə fərq daha aydın görünəcək”.
90plus.az xəbər verir ki, “Barselona”nın 17 yaşlı cinah oyunçusu, komandasına böyük töhfə verən gənc ulduz artıq özünəinamla yanaşı, bir qədər iddialı açıqlamaları ilə də gündəmə gəlir.
İspaniya futbolunun əbədi rəqiblərindən olan “Real Madrid”ə zərif eyhamlar vuran Yamal “Barselona”nın gələn mövsüm bütün rəqiblərinə üstünlük göstərəcəyini bildirib:
“Rəqiblərimizlə fərq daha da görünən olacaq. Hər il daha da təkmilləşir və özümü meydanda daha rahat hiss edirəm,” – deyə Lamin vurğulayıb.
O, bu mövsüm Superkubokda “Real Madrid”ə qarşı qazandıqları qələbənin komanda üçün nə qədər önəmli olduğunu da qeyd edib:
“‘Real’a qarşı qazandığımız Superkubok qələbəsi mövsümə yaxşı başlamağımıza böyük təsir etdi. Bu, komanda üçün çox vacib idi, çünki əzəli rəqibə uduzmaq ağır zərbə olardı. Amma biz necə qalib gəldiksə, bu, bizə böyük inam verdi.”
Qeyd: “Barselona” bu mövsüm “Real Madrid”lə bütün qarşılaşmaları qalib başa vurub. Bunlar arasında iki vacib final oyunu da yer alıb.
İndi isə əsas sual budur: “Barselona” bu üstünlüyünü növbəti mövsümdə də davam etdirə biləcəkmi?
© Copyright 2025, All Rights Reserved