Lamin Yamalın 10 nömrəsi ən çox satıldı

“Barselona” 2025/26 mövsümü üçün yeni ev formasını rəsmi olaraq təqdim edib və artıq bu forma azarkeşlər arasında böyük maraq yaradıb.
90plus.az xəbər verir ki, yenu forma “Sabahı Biz Yazırıq” (“We Define Tomorrow”) adlı kampaniya çərçivəsində tanıdılıb. Bu kampaniya klubun irs və yeniliyi, ənənə və gələcəyi birləşdirmək öhdəliyini vurğulayır.
Forma bir neçə əsas komanda üzvünün iştirak etdiyi audiovizual material vasitəsilə təqdim olunub. Videoda Lamin Yamal, Rafinyo, Alexandro Balde, Fermin Lopes, Pedri Qonsales və Robert Levandovski yer alıb.
Futbolçular yeni forma ilə bağlı təəssüratlarını bölüşüblər. Xüsusilə, Lamin Yamalın “bu formanı geyinmək Çempionlar Liqasının qoxusunu hiss etdirmək kimidir” sözləri diqqət çəkib.
Artıq bir şey aydındır: azarkeşlər yeni formaya xüsusilə Lamin Yamalın adı və 10 nömrəsi ilə böyük maraq göstərirlər. Rəsmi təsdiq olmasa da, çoxları inanıblar ki, Yamal “Barselona”nın əfsanəvi 10 nömrəsini daşıyacaq və forma satışları da bunu sübut edir.
Məlumata görə, təqdimat günü Yamalın adı və 10 nömrəsi olan forma ən çox satılan forma olub. Bu addım həm futbolçu, həm də klub üçün böyük fürsət kimi qiymətləndirilir.
Artıq 10 nömrənin ağırlığını çiyinlərində daşıyan Lamin Yamal “Barselona” tarixində növbəti fəsli yazmağa hazırdır. Onun hekayəsi yenicə başlayır və azarkeşlər bu gənc istedadın komandaya nələr qazandıracağını səbirsizliklə gözləyirlər.
© Copyright 2025, All Rights Reserved