Laporta “Atletik”in Uilyams transferinə mane olmasından danışdı

“Bilbao “Atletik”inin La Liqa ilə “Barselona” haqqında danışmaq istəməsini başa düşmürəm. Məncə, bu, düzgün deyil, amma bu, artıq onların problemidir,” – deyə “Barselona”nın prezidenti Joan Laporta jurnalistlərə bildirib.
90plus.az xəbər verir ki, “Atletik” nümayəndə heyəti hazırda Madridə gedib və orada La Liqa rəhbərliyi ilə görüşərək Niko Uilyamsın sərbəstqalma məbləğini ödəməklə bağlı “Barselona”nın qarşısının alınmasını istəyəcək.
Bilbao klubu “Barselona”nı Uilyamsı transfer etmək üçün maliyyə baxımından sağlam vəziyyətdə olmamaqda ittiham edir.
Lakin “Barselona” dəfələrlə bəyan edib ki, La Liqanın 1:1 Maliyyə Ədalətliyi qaydasına tam uyğun gəlirlər və istənilən futbolçunu problemsiz şəkildə transfer edib qeydiyyatdan keçirə bilərlər.
Həmçinin oxu:
https://90plus.az/atletik-uilyams-barsaya-vermmk-ucun-hr-yola-l-atacaq/xeber/
© Copyright 2025, All Rights Reserved