Levandovski: “Alonsolu “Real” təhlükəli olacaq”

Levandovski: “Xabi Alonso ilə Real Madrid yenidən təhlükəli olacaq”.
90plus.az xəbər verir ki, “Barselona”nın ulduzu Robert Levandovski “Real Madrid”in yeni baş məşqçisi Xabi Alonso barədə fikirlərini bölüşüb. Polşalı hücumçu keçmiş komanda yoldaşının “Kral klubu” üçün doğru seçim olduğunu deyib.
“Onunla (“Xabi Alonso” ilə) Real Madridin gələn mövsüm yenidən təhlükəli olacağına əminəm,” – deyə Levandovski bildirib.
“Futbolçu kimi Xabini yaxşı tanıyıram. Daim birlikdə məşq edirdik və o vaxtdan bilirdim ki, bir gün məşqçi olacaq. Əvvəlcə, təbii ki, kiçik bir klubda başlasa da, bu gün dünyanın ən böyük klublarından birinə başçılıq edir.”
Levandovski həmçinin Alonsoya vaxt verilməsinin vacib olduğunu bildirib:
“O, bu klub üçün yaxşı məşqçidir və komandaya çox kömək edə bilər. Bəlkə də bir az vaxta ehtiyacı olacaq, amma artıq bu klub üçün məşqçi kimi hazırlaşır,” – deyə o əlavə edib.
📰: Mundo Deportivo
Real Madrid böyük təzyiq altındadır
Qeyd: “Real Madrid” 2024/25 mövsümündə titulsuz qalıb. Klub rəhbərliyi bu nəticədən sonra qərar verərək, keçmiş oyunçuları olan Xabi Alonsonu baş məşqçi təyin edib. İspan mütəxəssis “Bayer Leverkuzen”də uğurlu mövsüm keçirdikdən sonra Madrid təmsilçisinə gətirilib.
"Real Madrid”də məşqçilərə səbir nadir hallarda göstərilir. Bu səbəbdən Alonso ilk gündən nəticə verməli olacaq.
© Copyright 2025, All Rights Reserved