Levandovski “Barsa”da hamıdan çox pul qazanıb

SPORT-un məlumatına görə, Robert Levandovskinin “Barselona” ilə müqaviləsi ümumilikdə 4 mövsüm üçün təxminən 104 milyon avro dəyərindədir. Bu, onu komandanın ən çox maaş alan futbolçusuna çevirir.
90plus.az xəbər verir ki, polşalı hücumçu ilk mövsümündə “Bayern”dəki maaşından (ildə 12 milyon avro net) az – 10 milyon avro net maaş alsa da, sonrakı illərdə maaşı nəzərəçarpacaq dərəcədə artıb. Hazırkı mövsümdə Levandovskinin sabit maaşı 16 milyon avro net olub. Gələcək mövsüm üçün isə bu rəqəmin 13 milyon avro net civarında olması gözlənilir, bu da onu hələ də “Barselona”da ən yüksək maaş alan oyunçu edir.
Bundan əlavə, Levandovski klubun qazandığı uğurlara görə müxtəlif bonuslar da əldə edir. Məsələn, La Liqanı qazanarsa 600 min avro, əgər “Barselona” üçlük (La Liqa, Çempionlar Liqası və Kral Kuboku) əldə edərsə isə 2 milyon avroya qədər bonus nəzərdə tutulur.
İndiyədək klub Levandovskiyə ümumilikdə təxminən 79.4 milyon avro maaş və bonuslar ödəyib.
Bu müddət ərzində o, “Barselona”nın iki La Liqa, iki İspaniya Superkuboku və bir Kral Kuboku qazanmasında mühüm rol oynayıb.
© Copyright 2025, All Rights Reserved