"Lids"in fransız qapıçısı Milan klublarının marağında
İtaliyanın iki əsas klubu – “İnter” və “Milan” “Lids Yunayted”in qapıçısı İlan Melyeni transfer etməkdə maraqlıdır.
90plus.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.
25 yaşlı qapıçının İngiltərə klubuyla müqaviləsi 2026-cı ilin yayına qədər davam edir və ehtimal ki, uzadılmayacaq. Buna görə “Lids Yunayted” fransalı qolkiperi yanvarda endirimli qiymətə satmağı planlaşdırır.
Hər iki Milan komandası qapıçı mövqeyini gücləndirməyi nəzərdə tutur. “İnter”də Yan Zommer 37 yaşına yaxınlaşır və klub onunla əməkdaşlığın davam edəcəyinə əmin deyil. “Milan”da isə Mayk Menyan müqaviləsini uzatmaq istəmir; onun sözləşməsi də 2026-cı ilin yayında başa çatacaq.
Qeyd: İlan Melye bu mövsüm “Lids Yunayted”in heyətində hələ heç bir oyunda iştirak etməyib.
© Copyright 2025, All Rights Reserved