"Liverpul" "Barselona"nın müdafiəçisini istəyir
Fransa millisinin müdafiəçisi Jül Kunde yenidən "Liverpul" klubu ilə əlaqələndirilir.
90plus.az xəbər verir ki, "Barselona"nın 27 yaşlı futbolçusu üçün 80 milyon avro tələb oluna bilər. Kunde 2022-ci ildə "Sevilya"dan Kataloniya klubuna transfer olunub və onun müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.
Müdafiəçi İngiltərə mətbuatında daha əvvəl də "Liverpul"la əlaqələndirilib. Oxşar xəbərlər 2023, 2024 və 2025-ci illərdə də yayılmışdı. Lakin həmin dövrlərdə mümkün transfer məbləği indiki qədər yüksək göstərilməmişdi.
Hazırda müdafiə xəttini gücləndirmək niyyətində olan "Liverpul"un Konate və Van Deyki əvəzləmək üçün yeni futbolçu axtardığı bildirilir. Mersisayd təmsilçisinin Fransa millisinin üzvü üçün 80 milyon avro ödəməyə hazır olduğu vurğulanır.
Əsl mövqeyi mərkəz müdafiəçisi olan Kunde "Barselona"da əsasən sağ cinah müdafiəçisi kimi çıxış edir və bu mövqedə özünü əsas heyətin dəyişməz üzvü kimi təsdiqləyib.
© Copyright 2026, All Rights Reserved