Maktominey Ronaldonu üstələdi
“Napoli”nin və Şotlandiya millisinin yarımmüdafiəçisi Skot Maktominey Danimarka ilə keçirilən oyunda vurduğu möhtəşəm qolla gündəmə düşüb.
90plus.az xəbər verir ki, ulduz futbolçu akrobatik tullanış edərək topa 253 santimetr hündürlükdə zərbə vurub. Bu göstərici ilə Maktominey, Kriştiano Ronaldonun 2018-ci ildə qeydə alınmış 238 sm-lik rekordunu 15 santimetr üstələyib.
Maktomineyin bu qeyri-adi tullanışı sosial şəbəkələrdə geniş müzakirə olunub və azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd: Şotlandiya milli komandası 21-ci əsrdə ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.
© Copyright 2025, All Rights Reserved