“Man Yunayted” Kazemironu onunla əvəzləyər
“Mançester Yunayted” Kazemironun əvəzini axtarır – əsas namizəd Çuamenidir.
90plus.az xəbər verir ki, “Mançester Yunayted” artıq Kazemiro üçün alternativ oyunçu axtarışına çıxıb və “Real Madrid”in yarımmüdafiəçisi Orelyen Çuameni onların əsas hədəfi kimi seçilib.
İngiltərə klubunun planına görə, Kazemiroya təklif ediləcək yeni müqavilədə maaşında ciddi azalma olacaq. Təcrübəli futbolçunun bunu qəbul etməyəcəyi ehtimalı yüksəkdir və buna görə də “Yunayted” bazarı araşdıraraq müxtəlif variantları dəyərləndirir.
Klub rəhbərliyi və məşqçi heyəti Çuameni transferini reallaşdırmaq üçün imkanları qiymətləndirməyə başlayıb.
ℹ️ Mənbə: Defensa Central
© Copyright 2025, All Rights Reserved