"Mançester Siti" türk ulduza görə cibinin ağzını açdı
“Mançester Siti” Arda Gülerə rekord təklif etməyə hazırlaşır.
90plus.az xəbər verir ki, "Mançester Siti"nin Arda Güler üçün 100 milyon avroluq rəsmi təklif hazırladığı iddia olunur. Müqavilə gerçəkləşəcəyi təqdirdə, bu keçid klub tarixinin ən bahalı ikinci transferi olacaq.
Məlumata görə, baş məşqçi Pep Qvardiola gənc türk futbolçusunu unikal istedad kimi dəyərləndirir və Ardanın 8 nömrə mövqeyində onun oyun sisteminə mükəmməl uyğunlaşacağına inanır.
Xəbər Fichajes tərəfindən yayımlanıb.
© Copyright 2025, All Rights Reserved