"Mbappe oynaya bilər" - Arbeloa açıqladı
Kilian Mbappenin dizində problem yaşadığı və bu səbəbdən “Real Sosyedad”la görüşü buraxa biləcəyi barədə yayılan xəbərlər təsdiqini tapmayıb.
90plus.az xəbər verir ki, “Real”ın baş məşqçisi Alvaro Arbeloa açıqlamasında vəziyyətin ciddi olmadığını vurğulayıb:
“Mbappenin zədəsi ağır deyil. O, komanda ilə məşqlərdə iştirak edib və sabahkı qarşılaşmada oynamağa tam hazırdır.”
Xatırlatma: La Liqanın 24-cü turuna təsadüf edən matç sabah Madriddə baş tutacaq və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
© Copyright 2026, All Rights Reserved