Milli komanda uduzdu
15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirib.
90plus.az xəbər verir ki, yığmamız Monteneqronun öz yaş qrupuna aid komandası ilə qarşılaşıb. Kişineuda yerləşən Moldova Futbol Federasiyasının Texniki Mərkəzində baş tutan matç Monteneqro U-15 komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd olunur ki, U-15 millimiz turnirdə növbəti oyununu noyabrın 20-də Bolqarıstan yığmasına qarşı keçirəcək.
© Copyright 2025, All Rights Reserved