Millimiz ilk dəfə Çempionlar Kubokunda
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol milli komandası ilk dəfə FIBA Çempionlar Kubokunda iştirak edəcək.
90plus.az xəbər verir ki, yığma ikinci dəfə keçirilən turnirə Avropa Kuboku 2025-in finalçısı kimi qatılmaq hüququ qazanıb.
Martın 13-dən 15-dək təşkil olunacaq yarışda milli B qrupunda İspaniya, Kanada və Tayland komandaları ilə qarşılaşacaq.
Qeyd: Turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Olimpiya Oyunlarına vəsiqə verəcək Olimpiya Təsnifat turnirində iştirak etmək hüququ əldə edəcək.
© Copyright 2026, All Rights Reserved