Millimizin üzvü assist etdi, komandası 1 xal qazandı
Mert Çelik çıxış etdiyi Türkiyə I Liqasında XXVI turun qarşılaşmaları baş tutur.
90plus.az xəbər verir ki, Azərbaycan millisində oynamış futbolçunun şərəfini qoruduğu “Sivasspor” səfərdə “Adana Demirspor”la üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Mert Çelik də bu matçda forma geyinib. Start heyətində meydana daxil olan 25 yaşlı mərkəz müdafiəçisi 89-cu dəqiqədə əvəzlənib. O, komandasının vurduğu qolun ötürməsini verib.
26 turdan sonra 32 xal toplayan “Sivasspor” turnir cədvəlində 14-cü sırada yer alır.
© Copyright 2026, All Rights Reserved