Millimizin üzvü oynadı, komandası uduzdu
Polşa çempionatının 20-ci turu çərçivəsində bir sıra qarşılaşmalar keçirilib.
90plus.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovin formasını geyindiyi "Motor Lublin" öz meydanında “Leçiya”nı qəbul edib.
Matç ev sahibi komandanın 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Dadaşov oyuna 85-ci dəqiqədə daxil olub.
Hazırda "Motor Lublin" 24 xalla turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved