Millinin sponsoru da “Misli” oldu!
AFFA ilə “Misli” arasında sponsorluq müqaviləsi imzalanıb. 90plus.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə “Misli” arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib. Müqaviləni AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş imzalayıblar. Müqaviləyə əsasən, “Azərlotereya”nın “Misli” brendi qarşıdakı bir il ərzində kişilərdən ibarət A milli komandanın rəsmi sponsoru olacaq. Mənbə: AFFA