Misir millisi Salahı “Liverpul”dan tez “qopartmaq” istəyir
Misir millisi Mohammed Salahı Afrika Millətlər Kubokundan əvvəl heyətə qatmaq istəyir – “Liverpul”la danışıqlar gedir.
90plus.az xəbər verir ki, Afrika Millətlər Kubokunun startına cəmi 8 gün qalmış Misir millisinin Salahı turnirdən əvvəl komandaya qoşmaq istədiyi bildirilir. Bu məqsədlə Misir Futbol Federasiyası hazırda “Liverpul” rəhbərliyi ilə danışıqlar aparır. Məlumatı talkSPORT yayıb.
Misir tərəfi Salahın toplanışa daha tez qatılmasını istəyir, lakin “Liverpul”un sıx oyun təqvimi səbəbindən bunun nə dərəcədə mümkün olacağı hələ dəqiqləşməyib. İngiltərə klubu ulduz futbolçusunu mümkün qədər uzun müddət komandada saxlamaq arzusundadır.
Tərəflər yaxın günlərdə yekun qərara gəlməyə çalışacaq.
© Copyright 2025, All Rights Reserved