NBA: Aleksanderdən 40 xal
NBA-da “Oklahoma Siti Tander” səfərdə inamlı qələbə qazandı.
90plus.az xəbər verir ki, Amerika Basketbol Liqasında (NBA) növbəti oyunlar keçirilib. “Oklahoma Siti Tander” səfərdə “Miluoki Baks” üzərində 122:102 hesablı qələbə qazanıb.
Görüşün ən məhsuldar oyunçusu “Oklahoma Siti Tander”in lideri Şay Gilces-Aleksander olub. Ulduz basketbolçu 40 xal, 11 məhsuldar ötürmə və 7 ribaundla komandasını qələbəyə daşıyıb.
“Miluoki Baks”ın heyətində isə Yannis Adetokunbo 19 xal, 14 ribaund və 7 assistlə çıxış edib.
Bu mövsüm 45-ci oyununda 37-ci qələbəsini qazanan Qərb Konfransının lideri “Oklahoma Siti Tander” hazırda liqada ən çox qələbə əldə edən komanda mövqeyindədir.
“Detroyt Pistons”dan ardıcıl dördüncü qələbə
Günün digər oyununda “Detroyt Pistons” səfərdə “Nyu Orlean Pelikans”ı 112:104 hesabı ilə məğlub edərək ardıcıl dördüncü qələbəsini əldə edib.
Şərq Konfransının lideri “Detroyt Pistons”da Ceylen Düren 20 xal və 15 ribaund, Deniss Cenkins isə 17 xalla yadda qalıb.
“Nyü Orlean Pelikans”ın heyətində isə Səddiq Bey 20 xal toplayıb.
© Copyright 2026, All Rights Reserved