NBA: “Miluoki Baks” səfərdə “Los Anceles Leykers”i məğlub etdi
NBA-də növbəti oyun günündə “Miluoki Baks” səfərdə “Los Anceles Leykers” üzərində 105:101 hesablı qələbə qazanıb.
90plus.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən qarşılaşmada “Baks”ın ulduzu Canis Antetokunmpo sağ baldırındakı zədədən sonra ən az xal topladığı matçlardan birini keçirsə də, 21 xalla komandasına böyük töhfə verib. Qarşılaşma 101:101 hesabı ilə davam edərkən bitməsinə 39 saniyə qalmış Canis LeBron Ceymsin zərbəsini bloklayıb, son anlarda isə topu ələ keçirərək “Leykers”in hesabı bərabərləşdirməsinə imkan verməyib.
“Miluoki Baks”ın heyətində Kevin Porter Cunyör 22 xalla komandanın ən məhsuldar oyunçusu olub. Kayl Kuzma 13 xal, Bobbi Portis isə 11 xal və 12 ribaundla qələbəyə töhfə verib.
“Los Anceles Leykers”də LeBron Ceymsin dabl-dabl etməsi isə meydan sahibləri üçün qələbə üçün yetərli olmayıb.
© Copyright 2026, All Rights Reserved