Niko Uilyamsın “Barsa” planları puç oldu! 2035-ci ilə qədər “Atletik”də!

RƏSMİ: Niko Uilyams “Atletik Bilbao” ilə yeni müqavilə imzaladı — 2035-ci ilə qədər!
90plus.az xəbər verir ki, “Atletik Bilbao” gənc ulduzu Niko Uilyamsla uzunmüddətli müqavilə bağladığını rəsmi olaraq təsdiqləyib. İspan futbolçunun yeni müqaviləsi 2035-ci ilin iyununa qədər qüvvədə olacaq.
Yeni razılaşmaya əsasən, Niko Uilyamsın sərbəstqalma bəndi əvvəlki 58 milyon avrodan 96 milyon avroya qədər artırılıb. Gənc hücumçunun maaşı da əhəmiyyətli dərəcədə yüksəldilib.
Bir müddət futbolçunun “Barselona”ya keçidi ilə bağlı danışıqlar aparılsa da, Kataloniya klubu qeydiyyat problemlərinə görə danışıqları rəsmi olaraq dayandırıb.
Müqavilənin imzalanmasından sonra Niko Uilyams bu sözləri deyib:
“Ən vacib olan ürəyini dinləməkdir. Mən istədiyim yerdəyəm, öz insanlarımla birlikdəyəm. Bura mənim evimdir. Aupa Athletic!”
Bu addım “Atletik Bilbao”nun əsas oyunçularından birini uzun müddət heyətində saxlamaq planlarının bir hissəsidir.
Qeyd: Bir müddət əvvəl Uilyams nə olur-olsun "Barselona"da oynamaq istədiyini demişdi.
© Copyright 2025, All Rights Reserved