Nəriman Axundzadə ABŞ klubunda - "Qarabağ" açıqladı
“Qarabağ” klubunun futbolçusu Nəriman Axundzadə karyerasını ABŞ-də davam etdirəcək.
90plus.az xəbər verir ki, o, “Kolumbus Kryu” komandası ilə razılığa gəlib.
Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Yaxın günlərdə tərəflər arasında rəsmi müqavilənin imzalanması gözlənilir.
Azərbaycan millisinin üzvü olan Nəriman Axundzadə bu mövsüm “Qarabağ”ın heyətində 26 oyuna çıxıb, 7 dəfə fərqlənib və 3 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved