Nəriman Axundzadənin MLS-də maaşı bilindi
Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə MLS klubu “Kolambus Kru”da ilk mövsümdə 1 milyon dollar qazanacaq və sonrakı illərdə məbləğ artan xətt üzrə davam edəcək.
90plus.az xəbər verir ki, Ohayo təmsilçisi ilə 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalanıb.
O, “Qarabağ”da aylıq 12 min manat (illik 144 min manat) maaş alırdı.
Hücumçu cari mövsümdə Premyer Liqada 13 oyunda 3 qola imza atmışdı.
“Qarabağ” Nəriman Axundzadənin satışından 2.5 milyon avro qazandı və Azərbaycan futbolu tarixində ən bahalı azərbaycanlı futbolçu transferi oldu!
© Copyright 2026, All Rights Reserved