Olmo Yamal haqda: “O, adi bir oğlandır”

Dani Olmo Lamin Yamal haqda: “O, adi bir oğlandır, amma artıq çox balanslı və realistdir”.
90plus.az xəbər verir ki, İspaniya millisinin və “Barselona” klubunun yarımmüdafiəçisi Dani Olmo gənc istedad Lamin Yamal haqda yüksək fikirlər səsləndirib. Olmo 17 yaşlı futbolçunun yalnız texniki bacarığı ilə deyil, yetkin xarakteri və ciddi yanaşması ilə də fərqləndiyini bildirib.
Olmo İspaniya mediasına açıqlamasında belə deyib:
“Lamin adi bir oğlandır. Onun şəxsiyyəti var. Ona yol göstərən lazım deyil, çünki özü artıq balanslı və realist biridir.”
Təcrübəli futbolçu əlavə edib ki, Yamal həm öz üzərində işləməyə həvəsli, həm də komanda ilə birlikdə böyük uğurlar əldə edəcəyinə inanır:
“O, yaxşı bilir ki, çalışmağa davam etsə və komandanın dəstəyi ilə, böyük uğurlar qazana bilər və qazanacaq. Daim inkişaf etməyə can atır.”
Qeyd: Yamal İspaniya futbol tarixində 18 yaşına çatmadan iki La Liqa çempionluğu qazanan yeganə futbolçudur.
© Copyright 2025, All Rights Reserved