Premyer Liqa nəhəngləri qanalı üçün yarışda - 74 MİLYON
"Bornmut"un futbolçusu Antuan Semenyo qış transferində Premyer Liqada klubunu dəyişə bilər.
90plus.az xəbər verir ki, "Liverpul", "Mançester Siti" və "Tottenhem" qanalı vingeeri transfer etməkdə maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Semenyonun müqaviləsində yanvar ayı üçün qüvvədə olan 74 milyon avroluq sərbəst qalma maddəsi mövcuddur. Bu məbləği ödəyən klub 25 yaşlı hücumçunu heyətinə qatmaq imkanı əldə edəcək.
Qeyd: "Bornmut" Antuan Semenyonu 2023-cü ilin yanvarında "Bristol Siti"dən 10 milyon avroya heyətinə cəlb edib. Qanalı oyunçu bu mövsüm Premyer Liqa komandası ilə 12 rəsmi oyunda iştirak edib və 6 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved