"Qalatasaray" "Bayern"dən futbolçu aldı
“Qalatasaray” müdafiə xəttinə yeni futbolçu cəlb edib.
90plus.az xəbər verir ki, Türkiyə çempionu heyətini “Bayern Münhen"in üzvü Saşa Boe ilə gücləndirib.
“Sarı-qırmızılar” fransalı sağ cinah müdafiəçisini mövsümün sonunadək icarə əsasında sıralarına qatıb. Razılaşmaya əsasən, tərəflər arasında məcburi olmayan satınalma opsiyası da mövcuddur.
Xatırlatma: “Bayern Münhen” Saşa Boeni 2024-cü ilin yanvarında elə “Qalatasaray”dan transfer etmişdi. 25 yaşlı futbolçu cari mövsümdə Münhen klubunun heyətində keçirdiyi 15 rəsmi oyunda 1 məhsuldar ötürmə ilə diqqət çəkib.
© Copyright 2026, All Rights Reserved