Qış transfer pəncərəsi bağlandı - "Mançester Siti" lider oldu
Avropa qış transfer pəncərəsi bağlandı.
90plus.az xəbər verir ki, Avropa ölkələrində qış transfer dövrü başa çatıb. Təxminən 1 ay davam edən qış transfer pəncərəsində futbol klubları ümumilikdə 1 milyard 900 milyon dollardan çox vəsait xərcləyib.
2026-cı ilin qış transfer dönəmində 5 min 900-dən artıq beynəlxalq transfer qeydə alınıb. Bu dövrün ən bahalı tək transferi isə Antonio Semenyonu heyətinə qatmaqla “Mançester Siti”yə məxsus olub. İngilis nəhəngi bu transfer üçün 72 milyon avro ödəyib və qış transfer rekordunu qırıb.
İngiltərə klubları transfer bazarında xüsusilə fəallığı ilə seçilib. İngilis komandaları 360 milyon dollardan çox xərcləmə ilə İtaliya, Braziliya, Almaniya və Fransa klublarını geridə qoyaraq ilk sırada yer alıb.
Futbolçu satışlarından isə ən çox gəliri Fransa klubları əldə edib – 215 milyon dollar. Onları müvafiq olaraq İtaliya, Braziliya, İngiltərə və İspaniya təmsilçiləri izləyib.
Transfermarkt portalının məlumatına əsasən, qış transfer pəncərəsində ən yüksək bonservis ödənilən futbolçular bunlardır:
Antonio Semenyo – “Bornmut” ➝ “Mançester Siti” (72 milyon avro)
Jorgen Strand Larsen – “Vulvz” ➝ “Kristal Peles” (42 milyon avro)
Lukas Paketa – “Vest Hem” ➝ “Flamenqo” (42 milyon avro)
Brennan Conson – “Tottenhem” ➝ “Kristal Peles” (40 milyon avro)
Qallager – “Atletiko Madrid” ➝ “Tottenhem” (40 milyon avro)
Ademola Lukman – “Atalanta” ➝ “Atletiko Madrid” (35 milyon avro)
Oskar Bobb – “Mançester Siti” ➝ “Fulhem” (31,2 milyon avro)
Corc İlenixena – “Monako” ➝ “Əl İttihad” (30 milyon avro)
Kader Meite – “Ren” ➝ “Əl Hilal” (30 milyon avro)
Kastelyanos – “Latsio” ➝ “Vest Hem” (29 milyon avro)
© Copyright 2026, All Rights Reserved